Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.11.2025
Baxışların sayı: 0Elan nömrəsi: 291244
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə220 m2
Mərtəbə20 mərtəbə
Binanın mərtəbə sayı19 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Bakı şəhəri,Xətai metrosundan 200 m məsafədə Yapı İnşaatın tikdiyi 20 mərtəbəli binanın 19-cu mərtəbəsində qanuni 4 otaqlı 217 kv/m sahəsi olan (kupçada 204 kv/m) kupçalı, təmirsiz mənzil satılır. Mənzilin proyekti idealdır. Sxemi şəkildə qoymuşam. Yerində baxsanız çox xoşunuza gələr. Açıq və bağlı olmaqla 2 balkonu var. Sxemdən göründüyü kimi həm zal, həm otaqlar, həm mətbəx, həm də sanitar qovşaqlar çox genişdir. Mənzilin qazı, suyu və işığı daimidir. Təmirsizdir. Asanlıqla hər otağa pəncərə düşməklə 5 otaqlıya və ya arakəsmələri ləğv etməklə zövqünüzə uyğun istənilən yeni formaya salmaq olar. Şəhərə panoraması var. Qonşu binalardan mənzilin içərisi görünmür. Mərtəbəyə lift qalxır. Mənzilin üstündə yaşayışlı daha bir mərtəbə var. Binanın çox geniş həyəti, ətrafında və altında avtomobil üçün parking var. Bina 24 saat kamera nəzarətindədir. Həyətdə Araz market, sağda və solda 100-150m məsafədə Bravo və Bazarstore var. Uşaq bağçası blokun 10 metrliyində, H.Əliyev litseyi 15-20 metrliyində yerləşir. Ümumiyyətlə, Xətaidə infrastruktur ideal səviyyədədir. Hamının bildiyi kimi Xətaidə təmirsiz mənzilin kvadratı 2500 manatdan yuxarıdır. Bu mənzil isə 1740 manata düşür. Hazırda baxdığınız səhifədə bu ölçüdə ən ucuz mənzil budur. Cüzi endirim də mümkündür.