Satılır / Həyət evi / Villa / Bakı, Suraxanı, Hövsan qəs.
11.01.2026
Elan nömrəsi: 404257
evv.az Vasitəçi
150.000 AZN 1.240 AZN/m2 Satılır
Bakı. Suraxanı Suraxanı Satılır / Həyət evi / Villa / Bakı, Suraxanı, Hövsan qəs.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(994) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.01.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 404257
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 121 m2
Torpaq sahəsi 5 sot
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Hövsan qəsəbəsində, Kaspar bağlarında yerləşən kupçalı bağ evi satılır. Evin sənədi tam qaydasındadır, çıxarışlıdır və alqı-satqı ilə yanaşı ipoteka üçün də yararlıdır. Ümumi torpaq sahəsi 5 sotdur. Ev 1 geniş zal, 3 otaq, mətbəx və kalidordan ibarətdir. Asfalt yol üzərində yerləşir və dənizə cəmi 10 dəqiqəlik məsafədədir. Ev kəmərlə möhkəmləndirilib və istəkdən asılı olaraq mansard, yəni 2-ci mərtəbə tikmək mümkündür. Geniş açıq eyvanı var və təxminən 40 nəfərlik toplantılar üçün əlverişlidir. Həyətdə 3 avtomobil üçün dayanacaq və ayrıca manqalxana mövcuddur. Bağ sahəsində alma, armud, nar, əzgil, yapon əzgili, gavalı, alça, heyva, gilənar, qara qarağat və ağ tut ağacları əkilib. Bu ağaclar həm bol məhsul verir, həm də təbii kölgəlik yaradır. Torpaq xüsusi olaraq Lerik, Qusar və Cəlilabad meşələrindən gətirilib və məhsuldarlığı yüksəkdir. Ev bütün kommunikasiya xətləri ilə təmin olunub: su, qaz, internet və telefon mövcuddur. Evdə və həyətdə ayrı hamam-tualet var. Ariston su qızdırıcısı quraşdırılıb, təhlükəsizlik üçün 4 kamera mövcuddur. Su təminatı üçün 5 tonluq gəmi materialından hazırlanmış çən və əlavə olaraq 2.5 tonluq beton su çəni var. Bağ sahəsi üçün suvarma sistemi də mövcuddur. Bağ biçilib və ev səliqəli, tam yaşayışa hazır vəziyyətdə təhvil veriləcək. Sakit və dənizə yaxın ərazidə yerləşən bu bağ evi həm daimi yaşayış, həm də istirahət üçün ideal seçimdir. KOD:1893
Zəng et
Bənzər elanlar