Satılır 2 otaqlı 65 m2 yeni tikili 7 mkr
13.02.2026
Elan nömrəsi: 464400
emlak.az Vasitəçi
189.000 AZN 2.908 AZN/m2 Satılır
Təmirli
Bakı.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.02.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 464400
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 65 m2
Mərtəbə 16 mərtəbə
Binanın mərtəbə sayı 17 mərtəbə
Otaq sayı 2 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Kupçalı və ipotekaya yararlı mənzil satılır Azadlıq metrosundan piyada 9 dəqiqəlik, ictimai nəqliyyatla isə 3 dəqiqəlik məsafədə, 7-ci mikrorayonun ən yaxşı həyətlərindən birində yerləşən 17 mərtəbəli binanın 16-cı mərtəbəsində (üst mərtəbə də qanuni yaşayışdır, mansard deyil) 2 otağa ideal şəkildə düzəldilmiş mənzil satışdadır. Mənzil keyfiyyətli materiallarla zövqlə təmir olunub, geniş və çox işıqlıdır. Şəhərə və dənizə açılan daimi panoraması var. Döşəmə taxta parketdir, istilik sistemi kombidir. Hamam və dəhliz isti döşəməlidir. Qarderob otağı, dəhlizdə güzgülü şkaf-kupe, bahalı və müasir mətbəx mebeli mövcuddur. Zal-mətbəx sahəsi 9 metr uzunluğundadır. Su, qaz və işıq 24/7 daimidir. Binada 2 sürətli lift var, elektrik enerjisi kəsildikdə generatorla fəaliyyət göstərir. Təhlükəsizlik sistemi yüksək səviyyədədir: bloklara üz tanıma funksiyalı kameralı domofon, liftlər isə kartla işləyir. Bina möhkəm konstruksiyalı, qayalıq üzərində inşa olunub və seysmik baxımdan davamlıdır. Ərazi infrastruktur baxımından olduqca əlverişlidir. Binanın birinci mərtəbəsində Araz supermarket, aptek, stomatoloji klinika, gözəllik salonları, idman zalı və müxtəlif mağazalar fəaliyyət göstərir. Həyətində abadlaşdırılmış park, uşaq meydançası, istirahət guşəsi və 7/24 mühafizə mövcuddur. Mənfi 1-ci mərtəbədə geniş yeraltı avtomobil qarajı var. Yaxınlıqda bir neçə məktəb, uşaq bağçası, avtobus dayanacağı (88, 3, 93) və Tayqa, Bravo, Araz, Bolmart, Rahat kimi supermarketlər yerləşir. Gənclik metrosuna ictimai nəqliyyatla 15 dəqiqəlik məsafədədir. Mənzil cənuba baxdığı üçün günəşli və çox işıqlıdır. Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz. Ofis xidmət haqqı alıcı tərəfindən 1% təşkil edir.
Zəng et
Bənzər elanlar