Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
06.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 508732
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Metro20 Yanvar
Sahə60 m2
Mərtəbə1 mərtəbə
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Yasamal Rayonu Alatava 2 de Mese Parkina yaxin umumi sahesi 60 kv olan 2 otaqli tam temirli Yasamal rayonu 2-ci Alatavada, Meşə parkına yaxın ərazidə yerləşən həyət evi satılir. Bu ərazidə çıxarışlı evlərin az olması nəzərə alınarsa, təqdim olunan ev nadir təkliflərdəndir.
Ev əvvəl 3 otaqlı olub, lakin genişlik və rahatlıq nəzərə alınaraq 2 otaqlı formada yenidən planlaşdırılıb. Nəticədə otaqlar daha geniş, işıqlı və funksional hala gətirilib. Mətbəx ayrıdır, ev bütün kommunal şəraitlə təmin olunub və kombi sistemi ilə təchiz edilib. Yaşayış üçün əlavə xərc və təmir ehtiyacı olmadan birbaşa köçmək mümkündür.
Həyətin bir hissəsi qapalıdır və qış mövsümündə də həyətdə rahat fəaliyyət üçün lazımi şərait yaradılıb. Bundan əlavə, evin ikinci mərtəbəsinin artırılması üçün icra nümayəndəliyindən rəsmi yazılı icazə və qonşuların razılıq ərizəsi mövcuddur, istənilən vaxt ikinci mərtəbə tikmək mümkündür. Sənədlər tam qaydasındadır.