Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 529013
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Metro28 May
Sahə62 m2
Mərtəbə11 mərtəbə
Binanın mərtəbə sayı3 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Nəsimi rayonunun ən prestijli və mərkəzi ərazilərindən birində — Zabitlər bağı və Türk Səfirliyinin yaxınlığında yerləşən “Reqal Residence” yaşayış kompleksində dəyərli mənzil satışa təqdim olunur. 11 mərtəbəli yeni tikili binanın 3-cü mərtəbəsində yerləşən bu mənzil 62 kv.m sahəyə malik 2 otaqdan ibarətdir. Mənzil funksional və rahat planlaşdırmaya sahibdir, otaqların yerləşimi gündəlik yaşayış üçün maksimum komfort təmin edir. Geniş pəncərələr sayəsində mənzil gün ərzində bol təbii işıq alır və olduqca işıqlı mühit yaradır. . Mənzil həm gənc ailələr, həm də investisiya məqsədilə alıcılar üçün ideal seçimdir. Orta mərtəbədə yerləşməsi istilik və rahatlıq baxımından üstünlük təşkil edir. Bina yüksək keyfiyyətlə inşa olunmuşdur, müasir lift sistemi, təmiz və səliqəli blok, təhlükəsizlik və bütün kommunal şərait mövcuddur. . Ərazi infrastrukturu baxımından olduqca əlverişlidir. Mənzil şəhərin mərkəzində yerləşdiyi üçün ətrafda bütün vacib obyektlər mövcuddur — məktəblər, uşaq bağçaları, supermarketlər, apteklər, banklar, restoran və kafelər. Zabitlər bağına yaxınlıq istirahət və gündəlik gəzinti üçün ideal şərait yaradır. Həmçinin 28 May metrostansiyasına yaxın məsafədə yerləşməsi nəqliyyat baxımından böyük üstünlükdür. Bu mənzil yerləşmə, sahə və qiymət baxımından bazarda cəlbedici və nadir təkliflərdən biridir. . Əlavə məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Ofis haqqı: Alıcı tərəfindən 1%.