Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 529067
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə150 m2
Mərtəbə13 mərtəbə
Binanın mərtəbə sayı18 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Nəsimi rayonu, Sahil MTK-nın prestijli yeni tikili binasında yerləşən tam təmirli və çıxarışlı 3 otaqlı mənzil satılır.
Mənzil 18 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi 150 m² olan bu geniş və işıqlı mənzil 3 otaqdan ibarətdir. Otaqlar geniş və rahat planlaşdırılıb. Mətbəx ayrıca yerləşir və kifayət qədər böyükdür. Mənzildə geniş dəhliz və 2 sanitar qovşaq mövcuddur. Təmir yüksək keyfiyyətlə aparılıb və mənzil yaşayış üçün tam hazır vəziyyətdədir.
İstilik sistemi kombidir. Su, qaz və işıq daimidir. Binada 2 ədəd müasir Sigma lift fəaliyyət göstərir. Həmçinin yeraltı avtodayanacaq mövcuddur.
Ərazi baxımından çox əlverişli yerdə yerləşir. Gənclik metrosuna piyada məsafədədir. Yaxınlıqda Gənclik Mall ticarət mərkəzi, Dədə Qorqud və Koroğlu parkları, ADA və Azərbaycan Universitetləri yerləşir. Bundan əlavə, Azadlıq prospektinə çıxış rahatdır, ətrafda tibb mərkəzləri və bazar mövcuddur.
Mənzilin çıxarışı (kupçası) tam qaydasındadır və ipotekaya yararlıdır. KOD :0134