Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 535639
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə70 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Vaxtilə Nazirlər Kabinetinin əməkdaşları üçün inşa edilmiş yüksək keyfiyyətli binada yerləşən bu mənzil rahatlıq və sakitlik axtaranlar üçün ideal seçimdir. Binanın səliqəli həyəti, iki yeni lift sistemi, geniş parking imkanları və daim təmiz saxlanılan giriş dəhlizləri mövcuddur. Binanın yaxınlığında sakinlər üçün çox gözəl park salınıb. Mənzil 3 geniş və işıqlı otaqdan ibarətdir. Gün ərzində mənzilə bol günəş işığı düşür və bu da evə xüsusi rahat və isti atmosfer bəxş edir. Mənzil 2 il əvvəl müasir standartlara uyğun şəkildə əsaslı təmir olunub. Döşəmələr isti döşəmə sistemi ilə təchiz olunub, otaqlarda yüksək keyfiyyətli parket istifadə edilib. Mətbəx mebeli yenilənib, hamam və sanitar qovşağı isə tamamilə yenidən, müasir standartlara uyğun təmir olunub. Mənzilin şəhər istiqamətinə baxan balkonu mövcuddur. Geniş dəhliz hissəsində böyük kladovka yerləşir ki, bu da əlavə saxlama rahatlığı yaradır. Mənzil ekoloji cəhətdən təmiz və sakit ərazidə yerləşir. Mənzil köçmə ilə əlaqədar satılır. Ətraflı məlumat üçün əlaqə saxlayın. Ofis haqqı 1%