Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
25.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 541351
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə70 m2
Mərtəbə1 mərtəbə
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Salam. Elanı diqqətlə oxumağınız xahiş olunur.
Özüm ev sahibiyəm. Torpaq sahəsi sənəddə 5 sot qeyd olunub, faktiki olaraq 6 sotdur. Torpağın kupçası var.
Həyətdə 2 otaqlı ev və ayrıca mətbəx mövcuddur. Ev yaşayış üçün tam yararlıdır. Su və işıq daimidir. Son 2 aya qədər evdə yaşayış olub.
Əlavə olaraq həyətdə 15 kv.m sahəsi olan yardımçı tikili (əl damı) mövcuddur. Həyətdə çoxlu meyvə ağacları var, evin ön hissəsində üzüm bağı salınıb. Kiçik besedka da var. Ərazi hündür yerdə yerləşir, havası çox təmizdir.
Torpaq sahəsi 4 tərəfdən hasara alınıb. Həyətdə əlavə su çəni (bak) mövcuddur.
Qeyd: Evin kupçası yoxdur, yalnız torpağın kupçası var.
Bu ərazidə torpağın 1 sotu 7000–8000 AZN aralığındadır (boş torpaq üçün).
Barter mümkündür: Pulun bir hissəsi avtomobil ilə ödənilə bilər (yalnız Changan UNI-Z və ya Changan CS55). Digər modellər təklif olunmasın.
Qiymətlə bağlı qeyri-real və şişirdilmiş təkliflərlə müraciət etməyin – bazar qiymətlərindən xəbərdaram.
Maklerlər narahat etməsin. Faiz verilmir. Alan istəsə, özü də maklersiz ala bilər.
Evdə bəzi əşyalar goturulecek: TV, kondisioner, soyuducu və s.