Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 546094
Haqqında məlumat
SənədDigər
Təcili! Metronun tam yaxınlığında, ideal mənzil axtaranlar üçün əla fürsət.
Yerləşmə: Şəhərin səs-küyündən uzaqda, Həzi Aslanov metrosunun üstündə və bütün mühüm ictimai iaşə (kafe, restoran, mağaza, supermarket, idman zalları vs) obyektlərinə yaxındır.17mərtəbə binanın 10cu mərtəbəsi
Sahə: 118 kv.m, qanuni 3 geniş otaq, mətbəx, 2 sanitar qovşağı, 2 açıq balkonu var.
Təmir: Mənzil yüksək keyfiyyətli materiallarla, xüsusi zövqlə və şəxsi istifadə üçün təmir olunub, həmin ildən yaşayış var. Döşəmə tamamilə yüksək keyfiyyətli parketdir. Şəkillərdə göründüyü kimi döşəmə xüsusi parket dekorlarla bəzədilib.
Vəziyyəti: Mənzil çox səliqəli və təmiz saxlanılıb. Təmirdə istifadə olunan materialların keyfiyyəti mənzilin indiki vəziyyətində özünü göstərir. İstilik sistemi kombidir, bütün texniki baxışdan keçib və qaydasındadır, fasiləsiz və problemsiz işləyir.
Bina: Binada 2 sürətli lift mövcuddur (biri yük lifti), bu da daşınma və rahatlıq üçün böyük üstünlükdür. Bina və blok təhlükəsizlik kameralarıyla təmin edilib. Bloka giriş domofonladır.
Sənəd: Çıxarış (Kupça) var. İpotekaya tam yararlıdır.Qiymət 310000manat.Xidmət haqqı 1%