Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
31.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 550099
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə117 m2
Mərtəbə4 mərtəbə
Binanın mərtəbə sayı14 mərtəbə
Otaq sayı3 otaq
SənədDigər
Nizami rayonu, Qara Qarayev metrosuna piyada cəmi 5–10 dəqiqəlik məsafədə, Tofiq Abbasov küçəsində yerləşən yeni tikili, 14 mərtəbəli müasir yaşayış binasının 4-cü mərtəbəsində yerləşən geniş və işıqlı 3 otaqlı mənzil satışa çıxarılıb. Mənzilin ümumi sahəsi 117 kv.m təşkil edir və otaqların bölgüsü tam qanunidir, ailəvi yaşayış üçün olduqca əlverişlidir. . Mənzil yüksək keyfiyyətlə yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. İnteryer zövqlə seçilmiş materiallarla işlənib, otaqlar geniş, işıqlı və funksionaldır. Mənzil günçıxan istiqamətə baxır ki, bu da gün ərzində otaqların daha çox təbii işıq almasına və daim işıqlı olmasına şərait yaradır. Eyni zamanda mənzildə 2 balkon mövcuddur ki, bu da həm əlavə rahatlıq, həm də gözəl mənzərə və havalanma imkanı təmin edir. . Binada qaz, su və işıq fasiləsiz olaraq mövcuddur. Müasir və daim işlək vəziyyətdə olan lift sakinlərin istifadəsinə verilib. Giriş-çıxış səliqəli və təhlükəsizdir, bina ümumi olaraq baxımlı və keyfiyyətli tikilidir. . Sənəd müqavilədir və yaxın müddətdə kupçanın (çıxarışın) verilməsi gözlənilir. . Ətraf infrastrukturu yüksək səviyyədədir – yaxınlıqda məktəblər, uşaq bağçaları, marketlər, apteklər və müxtəlif iaşə obyektləri yerləşir. İctimai nəqliyyata və metroya yaxınlıq isə gündəlik gediş gəlişi daha rahat və sürətli edir. . Qeyd: Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir. Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.