Binəqədi qəs
01.04.2026
Elan nömrəsi: 552768
yeniemlak.az Vasitəçi
260.000 AZN 1.733 AZN/m2 Satılır
Təmirli
Bakı. Binəqədi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
01.04.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 552768
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 150 m2
Torpaq sahəsi 3 sot
Otaq sayı 6 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
BİNƏQƏDİDƏ 2 MƏRTƏBƏLİ HƏYƏT EVİ SATILIR!!! . Bakı şəhəri, Binəqədi qəsəbəsində, Baş Polis İdarəsindən təxminən 1.5 km məsafədə yerləşən 2 mərtəbəli fərdi yaşayış evi satışa təqdim olunur. Ev layihə əsasında tikilib və ümumi sahəsi 310 kv.m təşkil edir. Tikili 3 sot torpaq sahəsində yerləşir ki, bunun 1.5 sotu evin özü, 1.5 sotu isə həyət sahəsidir. Mərtəbələr arası beton monolitdir və ev keyfiyyətlə inşa olunub. . Birinci mərtəbədə 1 otaq, 1 geniş zal, 1 mətbəx, sahəsi 21 kv.m olan holl, qarderob, 1 sanuzel, 21 kv.m eyvan və ayrıca eyvan mətbəxi mövcuddur. İkinci mərtəbədə 4 otaq, sahəsi 31 kv.m olan geniş holl, 1 sanuzel və 12 kv.m eyvan yerləşir. Otaq sayını istəyə uyğun artırmaq imkanı da var. . Ev tam izolyasiya olunub və keyfiyyətli materiallarla təmir edilib. Hollarda isti döşəmə sistemi qurulub. Döşəmələr laminatla örtülüb və taxta döşəmənin üzərindən əlavə izolyasiya olunaraq daha möhkəm və dayanıqlı formada hazırlanıb. Mərtəbələr arası pilləkən yüksək keyfiyyətli fıstıq ağacından yığılıb. . Evdə bütün kommunal şərait mövcuddur. Kombi sistemi quraşdırılıb, qaz, su və işıq daimidir. Su filter sistemi mövcuddur, həmçinin 13 tonluq yeraltı su deposu quraşdırılıb. Ev optik internet xətti ilə təmin olunub və hər iki mərtəbə üçün ayrıca Wi-Fi sistemi mövcuddur. Şəhər telefonu xətti çəkilib. Təhlükəsizlik baxımından ev 4 tərəfdən kamera nəzarət sistemi ilə təchiz olunub və bu sistem 6 aylıq yaddaş imkanına malikdir. Evin alt hissəsi, hündürlüyü 1.60 metr olmaqla, anbar kimi istifadə olunur. Həyət tam təmirlidir və səliqəli vəziyyətdədir. Manqal zonası üçün ayrıca yer ayrılıb, lakin təmiri tamamlanmayıb. Ev tam əşyalı şəkildə satılır. Ünvan rəsmi qaydada alınıb və bütün kommunal sayğaclar (qaz, su, işıq) mövcuddur. . Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Zəng et
Bənzər elanlar