Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
01.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 553496
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroNeftçilər
Sahə160 m2
Mərtəbə11 mərtəbə
Binanın mərtəbə sayı8 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Kupçalı və ipotekaya tam yararlı. . Nizami rayonu, Elşən Süleymanov küçəsində, Neftçilər metrosunun çıxışına yaxın, Nizami İcra Hakimiyyətinin arxasında, yerləşən yeni tikili 11 mərtəbəli binanın 8-ci mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 160 kv.m olan əla təmirli və geniş mənzil satılır. . Mənzil çox keyfiyyətli materiallarla təmir olunub, işıqlı və geniş otaqlardan ibarətdir. Rahat və funksional planlaşdırmaya malikdir. Mənzildə böyük və işıqlı zal (37 kv.m), 3 geniş yataq otağı (24 kv.m, 20 kv.m və 18 kv.m), rahat və geniş mətbəx (18 kv.m), geniş dəhliz (24+7 kv.m) və ümumilikdə 3 sanitar qovşağı (12 kv.m) mövcuddur. . Mənzil əşyalı satılır və dərhal yaşayış üçün tam hazır vəziyyətdədir. Bütün kommunal xətlər – qaz, su və işıq daimidir və heç bir problem yoxdur. . Bina yüksək səviyyədə inşa olunub, 24/7 kamera nəzarəti ilə təmin edilib və təhlükəsizlik baxımından tam əlverişlidir. Həyətində sakinlər üçün geniş parking yerləri mövcuddur. Binanın yerləşdiyi ərazi infrastruktura görə çox əlverişlidir – yaxınlıqda 220 nömrəli məktəb, uşaq bağçası, supermarketlər, apteklər və müxtəlif iaşə obyektləri fəaliyyət göstərir. . Həm yerləşmə baxımından, həm də sahə və təmir keyfiyyətinə görə bu mənzil ailə üçün ideal seçimdir və həm yaşamaq, həm də investisiya üçün çox uyğun variantdır. . Qeyd: Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir. Ətraflı məlumat və mənzilə baxış üçün istənilən vaxt əlaqə saxlaya bilərsiniz.