Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 555288
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə90 m2
Mərtəbə7 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
KUPÇALIDIR VƏ İPOTEKAYA TAM YARARLIDIR Yasamal rayonunda şəhərin ən prestijli və seçilən yaşayış komplekslərindən biri olan Renessance Palace-də yerləşən qanuni 2 otaqlı premium mənzil satışa çıxarılıb. Mənzil yüksək keyfiyyət standartları əsasında inşa edilmiş binada yerləşir və komfortlu şəhər həyatı axtaranlar üçün ideal seçimdir. . Mənzilin ümumi sahəsi 90 kvadrat metrdir otaqları geniş işıqlı və funksional şəkildə planlaşdırılıb. Planlama ailə üçün çox rahatdır hər bir otaqdan səmərəli istifadə imkanı yaradır. Mənzil yel çəkəndir bu da ilboyu təbii havalandırma və komfortlu temperatur təmin edir. Pəncərələr kompleksin daxili həyətinə baxır bu isə həm səssiz mühit həm də xoş mənzərə deməkdir. . Yaşayış kompleksi sakinlərin rahatlığı üçün hər cür şəraitlə təmin olunub. Geniş və abadlaşdırılmış həyət park yaşıllıq zonaları fontan uşaq meydançası istirahət üçün nəzərdə tutulmuş yerlər mövcuddur. Kompleks mühafizə olunur və təhlükəsizlik yüksək səviyyədə təşkil edilib. Qaz su işıq daimidir bütün kommunal xətlər fasiləsiz və stabil şəkildə işləyir. Binanın infrastrukturu müasir standartlara cavab verir yaşayış üçün tam əlverişlidir. Mənzil kupçalıdır və ipotekaya tam yararlıdır bu da həm şəxsi yaşayış həm də investisiya baxımından böyük üstünlükdür. Renessance Palace kimi prestijli kompleksdə bu parametrlərə malik mənzillər bazarda nadir hallarda satışa çıxır və dəyərini daim qoruyur. Ərazi baxımından da çox əlverişli mövqedə yerləşir. Yasamal rayonunun mərkəzi hissəsində yerləşən kompleks şəhərin əsas istiqamətlərinə rahat çıxış imkanı yaradır məktəblər uşaq bağçaları marketlər iaşə obyektləri və ictimai nəqliyyat vasitələri yaxın məsafədə yerləşir. Elimler metrosuna 10 deyqelik mesfede . Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlayın. Ofis xidmət haqqı alıcıdan 1 faiz.