Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 572429
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
MetroQara Qarayev
Sahə70 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı5 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Beş mərtəbə + texniki mərtəbə olmaqla eksperimental layihəli daş binadır. Bina 1994 ci ildə istismara verilib. Yeniliklə həyət abadlaşdırılmış, binanın fasadı və pilləkən qəfəsi təmir edilmişdir. 3 otaq, mətbəx, 1 balkon və 2 sanitar qovşaqdan ibarətdir. Mənzilin təmirində çox keyfiyyətli materiallardan istifadə edilib.
1. Döşəmə palıd materialından parket
2. Divar kağızları çox keyfiyyətli
3. Tavan alçıpan + boya
4. Qapılar mdf + boya
Sanitar qovşaq tavanında ekoloji təmiz materialdan 250 l həcmli ehtiyat su çəni yerləşdirilib.
Su, qaz, işıq daimidir. Mərkəzi istilik sisteminə qoşulub. Illik istilik xərci 58 azn dir
Balkonda keyfiyyətli mebel materiallardan şkaflar quraşdırılmışdır.
Girişdə, yataq otağında, mətbəx və balkonda divar boyu quraşdırılmış mebellər satışa daxildir. Mənzilin layihəsi 3 otaqlıdır. Üstdə texniki mərtəbə var. Texniki mərtəbənin üstü damdır və dam heç vaxt sızmır. Daş binadır. Heç bir kifləmə yoxdur. Panel binalarla müqayisə edilməzdir.
Əsas üstünlük isə mehriban qonşuların və sakit həyətin olmasıdır.
Yaxında 12 və 32 nömrəli orta məktəb, Texniki kollej, uşaq bağçası, Koroğlu metrosu, maqazinlər və s mövcuddur. Metroya 4-5 dəqiqə ayaqla rahat getmək mümkündür. Həyətdə yeni tikilmiş qazanxana mövcuddur.