Nərimanov rayonunun ən prestijli ərazilərindən biri – Montin qəsəbəsində, Heydər Əliyev prospektinə cəmi 5 dəqiqəlik məsafədə, Bağırov körpüsünə paralel yerləşən yaşayış kompleksində satışa çıxarılan bu mənzil həm yaşayış, həm də investisiya üçün ideal seçimdir. . 20 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 100,5 m² olan mənzil yüksək keyfiyyətlə təmir olunub və rahatlıqla 2 otaqdan 3 otağa çevrilə bilər. Mənzil çıxarışlıdır və tam hüquqi cəhətdən hazırdır. . Mənzilin daxili planlaşdırılması olduqca funksionaldır. Qonaq və ev sahibi üçün nəzərdə tutulmuş iki ayrı sanitar qovşaq, yataq otağından birbaşa hamama giriş imkanı əlavə komfort yaradır. Geniş mətbəx eyvana çıxışlıdır və ailəvi vaxt keçirmək üçün əlverişlidir. Dəhliz, mətbəx və sanitar qovşaqlarda isti döşəmə sistemi quraşdırılıb. Həmçinin 100 litrlik elektrik su qızdırıcısı, kondisionerlər və yüksək keyfiyyətli, səs və hava keçirməyən pəncərələr mövcuddur. Alman istehsalı qapılar və laminat döşəmə isə interyerə xüsusi zövq qatır. . Binanın üstünlükləri isə bu mənzili daha da cəlbedici edir: 24 saat mühafizə, təhlükəsizlik kameraları, fasiləsiz su, qaz və işıq təminatı, kart sistemi ilə idarə olunan giriş və liftlər, 1 yük və 2 sərnişin lifti, mütəmadi təmizlik xidməti və tullantıların gündəlik qapıdan götürülməsi. Həyətində park və uşaq meydançası, binanın birinci mərtəbəsində isə marketlər, aptek, kafe, uşaq bağçası və digər zəruri obyektlər mövcuddur. . Mənzilin əsas üstünlüklərindən biri də möhtəşəm panoramasıdır – Heydər Əliyev prospektinə, şəhərə və qismən dənizə açılan mənzərə bu evi daha da dəyərli edir. . Rahatlıq, təhlükəsizlik və əlverişli yerləşməni bir arada axtaranlar üçün əla fürsətdir. Ətraflı məlumat və baxış üçün əlaqə saxlayın. Şirkət haqqı alıcıdan: 1% təşkil edir