Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 583917
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə520 m2
Otaq sayı7 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mərdəkan qəsəbəsində Bağlar massivinin mərkəzi hissəsində yerləşən 27 sot torpaq sahəsi və içində 2 mərtəbəli villa satılır. Evin xarici ölçüləri 13,5mX20m olmaqla, 1-ci mərtəbəsi mətbəx, 2 yataq otağı, 1 qonaq otağı 1 tualet və 70 kv.metrlik foyedən ibarətdir. 2-ci mərtəbəsi 3 yataq otağı, zal, vanna otağı, təsərrüfat otağı və eyvandan ibarətdir. Bundan əlavə birinci mərtəbədə 4mX6m ölçüsündə qaraj da yerləşir. Qaz, su,elektrik və mərkəzləşdirilmiş isitmə sistemi var. Həyətdə 12mX5m filtr sistemli üzgüçülük hovuzu , su fontanı, odadavamlı kərpiclə hörülmüş manqal, 10mX8m ölçüdə kölgə çardağı. 2 ədəd fasiləsiz içməli su və suvarma quyuları,həyətdə üzərində 10 tn su çəni olan tualet və vanna otaqları, dekorativ, meyvə ağacları və üzümlükdən ibarət bağı var. 3,2 m hündürlüyündə hasarın perimetri boyu şam ağacları əkilib. Əmlak özəlləşdirilib və texniki pasportu var. Qiyməti 720 min manatdır. Saat 10-dan 20-00-a qədər zəng edə bilərsiniz.