Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
21.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 599328
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə63 m2
Mərtəbə7 mərtəbə
Binanın mərtəbə sayı14 mərtəbə
Otaq sayı2 otaq
KreditKreditsiz
Qafqaz Universitetinin düz yanında yerləşən Blue City yaşayış kompleksində, 14 mərtəbəli binanın 7-ci mərtəbəsində, sahəsi 63 m² olan 2 otaqlı əşyalı studio tipli mənzil kirayə verilir. Balkon var. Bina kompleksin girişinə yaxındır. Mənzildə təmirdən sonra yaşayış olmayıb, evin təmiri və bütün əşyaları yenidir, istifadə olunmayıb. Kirayə götürən ilk özü istifadə edəcək. O üzdən məsuliyyətli və səliqəli ailələrə üstünlük verilir. İstilik sistemi kombidir. Dəhliz, hamam və sanitar qovşağında isti polu var. Komunal xidmətlər hamısı var və daimidir. Məbləğə komendant pulu daxildir yəni əlavə ödəniş olmayacaq. Bakı Sumqayıt yoluna bir başa çıxışı var. Eyni zamanda Kompleksə Bakı Sumqayıt yolundan (Xırdalanın içindən keçmədən) daxil olmaq olur. Avtobus dayanacağı düz kompleksin girişindədir. Kompleks daxilində müxtəlif marketlər və iaşə obyektləri artıq xidmət göstərir, bundan əlavə yaxın zamanda kompleksə aid məktəb bağça və məsciddə sakinlərin ixtiyarına veriləcək.