Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
21.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 599668
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə340 m2
Torpaq sahəsi11 sot
Otaq sayı10 otaq
KreditKreditsiz
Hökməli qəsəbəsi, Qobu yolunun üstündə, əsas yoldan 100 m. məsafədə 2 mərtəbəli 10 otaqdan 340 m. İbarət həyət evi. 1-ci mərtəbə tam təmirlidir, 2-ci mərtəbədə 1 otaq təmirlidir. Çox keyfiyyətli və fundamental şəkildə tikilmiş evdir. Buna yerində baxanda əmin olacaqsınız: 2 ailənin yaşaması üçün də (müxtəlif çıxışları olmaqla) şərait var. 11 sot torpaq sahəsi var. Evin və torpağın bütün lazımlı sənədləri var. 20 yanvar metrosundan həyətə qədər 8 km. məsafəlidir. Qaz, su, işıq, telefon, kanalizasiya, internet var. Kombi sistemi və əlavə olaraq “5-ti minutka” sistemi də var. Evin qabağında - 150 m2 tamet döşənmiş ploşadka, onun bir tərəfindən üstü dəmirlə örtülmüş naves (40m2), besedka və əlavə hamam, tualet də var. Həyətin başqa bir yerində ümumilikdə - 40-50 m2 sahədə hissələrə bölünmüş təsərrufat üçün ( anbar, toyuq, qoyun və digər məqsədlər üçün) sahə də var. Həyətdə 100-ə qədər bar gətirən müxtəlif meyvə ağacları, üzümlər var. Tərəvəz yetişdirmək üçün də ayrılmış sahə var. Bir sıra yazmadığım əlavə şeylər də var ki, onları göstərəcəm. Çox keyfiyyətlə tikdiyim bu evin, zövqlə yetişdirdiyim bu bağın və bütün təsərrufatın, bunları qiymətləndirə bilən halal bir adama qismət olmağını istərdim. Qiymət 170000