Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 603352
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə230 m2
Torpaq sahəsi4 sot
Otaq sayı5 otaq
KreditKreditsiz
Premium təmirə və tam komplekt yaşayış şəraitinə sahib, geniş və zövqlə hazırlanmış bu ev həm yüksək qiymətə kirayə vermək üçün və, həm də ailə ilə yaşayış üçün ideal seçimdir. Evdə hər şey hazırdır - daxil olub dərhal yaşamaq mümkündür. Məlumat üçün qeyd edim ki, evdə 1 gün belə yaşayış olmayıb. Təmir ideal vəziyyətdədir. Təmir zamanı bahalı və keyfiyyətli materiallardan istifadə olunub. Kafel - Türkiyə istehsalı Çanakkale, sanuzellərdə Grohe və digər Avropa istehsalı smestitellər quraşdırılıb. Həyətdə zavod istehsalı Vibrastone daşlardan istifadə olunub. Bəzi yerlərdə dekorativ məqsədli natural travertin daşından istifadə edilib. 5 otaq 230 kv.m ümumi sahə 75 kv.m geniş və işıqlı qonaq otağı 4 sanuzel İsti baseyn (2 hissəli - uşaq və böyüklər üçün) 4 kondisioner 2 kombi (boiler sistemi ilə) Geniş besetka Bağ mebeli - lejankalar, yellənçək, stol və stullar Yüksək keyfiyyətli manqal/barbekü kompleksi Dekorativ ağaclar Paltaryuyan, qabyuyan, soyuducu, tozsovuran və ümumilikdə bütün elektrotexnika ilə birlikdə 2 dəst yataq və hamam ləvazimatları mövcuddur. Evdə ehtiyac duyulacaq demək olar ki, hər şey var.