Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
25.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 610561
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə480 m2
Torpaq sahəsi10 sot
Otaq sayı6 otaq
KreditKreditsiz
Qubanın ən prestijli və mənzərəli yeri olan Qəçrəşdə, villa satışda! Təbiətin qoynunda, təmiz havası və füsunkar mənzərəsi ilə seçilən bu ev 10 sot torpaq sahəsində inşa edilmişdir. Tikinti zamanı keyfiyyət və dözümlülük ön planda tutulub; ev tam monolit konstruksiyadır və dörd bir tərəfi yüksək keyfiyyətli aqlay daşı ilə üzlənmişdir. Evin planlaşdırılması: Cəmi 4 mərtəbədən ibarət olan evin geniş qarajı mövcuddur. 1-ci mərtəbə: Geniş qonaq otağı, rahat mətbəx və sanuzel. 2-ci mərtəbə: 4 geniş yataq otağı və ayrıca sanuzel yerləşir (hamamı yenidir, ümumiyyətlə istifadə olunmayıb). 3-cü mərtəbə (Mansard): Şahdağ mənzərəsinə açılan, geniş və açıq balkonu olan bu mərtəbədə əlavə bir otaq da mövcuddur. Həyət və İnfrastruktur: Həyətyanı sahədə 70 ədəd dekorativ yolka ağacı və müxtəlif meyvə ağacları əkilmişdir. İstirahət üçün həyətdə xüsusi manqal zonası və ayrıca sanuzel (hamam-tualet) tikilmişdir. Evin qazı, işığı və suyu daimirdir. Əlavə ehtiyat üçün yeraltı su çəni də mövcuddur. Keyfiyyətli tikili, mənzərəli məkan və rahatlıq axtaranlar üçün ideal seçimdir. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.