Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 614651
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə250 m2
Torpaq sahəsi6 sot
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Novxanı bağlarının ən prestijli ərazilərindən birində, dənizkənarı bağların mərkəzində yerləşən, Dəyirman Oteli və Kalyon restoranına yaxın möhtəşəm bağ evi satışdadır. Əmlak mərkəzi yoldan və dənizdən cəmi 900 metr məsafədə yerləşir. Torpaq sahəsi 6 sot, tikili sahə 250 kv.m olan bu 4 otaqlı ev 3 daş kürsülü olmaqla keyfiyyətlə inşa edilib və 3 sanitar qovşaqla təmin olunub. Bütün kommunal və kommunikasiya xətləri mövcuddur. Ev avanqard üslubda dizayn olunub, tavan hündürlüyü 4 metrdir ki, bu da geniş və işıqlı mühit yaradır. Mənzildə geniş qonaq otağı, 3 yataq otağı və rahat mətbəx mövcuddur, bütün otaqlar isti döşəmə sistemi ilə təchiz olunub. Böyük və keyfiyyətli pəncərələr həm daxili işıqlılığı artırır, həm də evin xarici görnüşünə xüsusi zövq qatır. Həyətdə 5x10 ölçüdə filterli hovuz, manqalxana, əlavə sanitar qovşaq, dekorativ ağaclar və güllərlə abadlaşdırılmış ərazi mövcuddur. Ev həm yay, həm də qış yaşayışı üçün tam yararlıdır. Sənədlər tam qaydasındadır və ipotekaya uyğundur.