Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 615402
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Metroİçəri Şəhər
Sahə142 m2
Mərtəbə19 mərtəbə
Binanın mərtəbə sayı18 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
ÇIXARIŞLI, İPOTEKAYA TAM YARARLI!! . BADAMDARDA TOFİQ MƏMMƏDOV KÜÇƏSİNDƏ DƏNİZ MƏNZƏRƏLİ 3 OTAQLI PREMIUM MƏNZİL . Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, 236 №-li məktəb yaxınlığında yerləşən geniş və zövqlə təmir olunmuş mənzil satışa təqdim olunur. Mənzil 19 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir, ümumi sahəsi 142 kvadratmetrdir və qanuni 3 otaqdan ibarətdir. 19-cu mərtəbə də yaşayış mərtəbəsidir, yəni mənzilin üstündə yaşayış var. Mənzil şəxsi yaşayış üçün yüksək keyfiyyətlə təmir olunub və yeni kimidir. Təmir zamanı bahalı və keyfiyyətli materiallardan istifadə edilib. Döşəmələr parketdir, bahalı mətbəx mebeli quraşdırılıb. İşıqlandırma və santexnika avadanlıqları premium materiallarla işlənib. . Mənzildə 4 daxili blokdan ibarət multi-split inverter kondisioner sistemi mövcuddur. Yataq otağı, qonaq otağı və mətbəxdən balkona çıxış var. Otaqlardan dənizə açılan panoramik mənzərə mənzilə xüsusi üstünlük verir. Binada 3 sürətli lift, 2 mərtəbəli yeraltı qaraj və müasir yaşayış infrastrukturu mövcuddur. Mənzil çox baxımlıdır, əlavə xərc tələb etmir, dərhal köçüb yaşamaq mümkündür. Qiymətdə endirim olunub və təcili satış səbəbilə real alıcı ilə razılaşmaq mümkündür. . Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.