Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
01.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 625302
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə70 m2
Mərtəbə10 mərtəbə
Binanın mərtəbə sayı12 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Qanuni 2 otaqlı, şəhərə super mənzərəli, Həzi Aslanova 8 dəqiqəlik məsafədə yerləşən 70kv.m orta təmirli mənzil. Gənclik parkının, Xətai rayon polis idarəsinin tam yanında yerləşməsi və əlçatan olması mənzilin üstünlüklərinə aiddir. Investisiya məqsədilə almaq, kirayə vermək, sahə geniş olduğu üçün otaq sayını artırmaq mümkündür. Binanın təhlükəsizlik sistemi, kamera nəzarəti, lifti mövcuddur. Kommunal xidməti sərfəli qiymətədir və işıq, su, qaz 7/24 daimi mövcuddur. Mənzilin təmiri orta təmirlidir və istilik sistemi kombidir. Sanitar qovşaq tam təmirlidir və mənzilin eyvan hissəsi geniş və ürəkaçandır. Binanın xarici divarları daşdan ibarətdir və mənzilin ümumi hündürlüyü 3 metr yarımdır, geniş mənzildir. Binanın tam aşağısında Araz market yerləşir və tam yanında 7/24 Aptek fəaliyyət göstərir. Çıxarış və Kupça mövcuddur. İpotekaya yararlıdır. Qiymət son deyil və real alıcı üçün endirim mövcuddur.