Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 628359
Haqqında məlumat
Obyektin növüObyekt
Sahə210 m2
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən tarixi memarlıq binasında geniş və işıqlı mənzil əşyalarla satışa çıxarılıb. ???? Ümumi məlumat: Ümumi sahə: 210 m² Mərtəbə: 3-cü mərtəbə (4 mərtəbəli memarlıq binası) Otaq sayı: 4 otaq Balkon: 2 (cam balkon sistemi ilə bağlanmış) Tavan hündürlüyü: 4,5 metr ???? Üstünlüklər: Bayılın ən prestijli evlərindən biridir. Vaxtaşırı olaraq xarici səfirliklər mənzili uzunmüddətli sərfəli qiymətə kirayələyir. Döşəmə parket, qapılar şabalıddandı. Mənzil sənədlərdə bütöv 210 m²-dir, lakin hazırda 2 mənzilə bölünüb. Arakəsmə divarı asanlıqla sökülərək ilkin vəziyyətinə qaytarıla bilər. 2 ayrı giriş qapısı mövcuddur. Hər 2 mənzildə mətbəx və sanitar qovşaq mövcuddur və bu da bir hissəni icarə vermək və ya yaşlı valideyinlərlə birgə, eyni zamanda izolə şəkildə yaşamaq imkanı verir. Böyük balkonda yay mətbəxi quraşdırılıb. Mənzil tam əşyalı şəkildə satılır (klassik və müasir üslubun harmoniyası). 2 divar kamindən ibarət istilik sistemi və hər otaqda kondisioner mövcuddur. 2 sanitar qovşaq: biri duş kabinli, digəri həm vanna, həm də duş ilə təchiz olunub. ???? İnfrastruktur və kommunikasiya: Qaz, su və işıq fasiləsizdir.Gözlənilməz hallar üçün 1 tonluq su çənı mövcuddur. 1 maşınlıq parkovka yeri var. Ətrafda məktəb, uşaq bağçası, marketlər, restoranlar və ictimai nəqliyyat (avtobus) mövcuddur. Binanın həyəti yoxdur, lakin küçədə həmişə park yeri tapmaq mümkündür. ???? Hüquqi status: Mənzilin kupçası var, sənədlər tam qaydasındadır. Borc və ya qeydiyyatda olan şəxs yoxdur. Bu mənzil tarixi memarlıq binasında, yüksək tavanları, geniş sahəsi və unikal planlaşdırması ilə seçilir. Yaşayış üçün ideal olmaqla yanaşı, həm də prestijli investisiya variantıdır.