Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Sahə
265 m2
Torpaq sahəsi
12 sot
Binanın mərtəbə sayı
3 mərtəbə
Otaq sayı
6 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
Novxanıda əsas yola yaxın yerləşən, 3 mərtəbəli (padval daxil olmaqla) təmirli həyət evi təqdim olunur. Ümumi sahəsi 265 kv.m olan ev 6 otaqdan ibarətdir, evdə və həyətdə ayrıca mətbəx mövcuddur, 3 sanitar qovşaq var. Ev qoşa daşla, monolit beton konstruksiya ilə yüksək keyfiyyətdə inşa edilib, istilik sistemi və isti döşəmə ilə təmin olunub, bütün kommunallar daimidir. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub – təmiz ispan istehsalı kafel və metlax (1 kv.m – 150 avro), bütün materiallardan ehtiyat saxlanılıb, oboylar xaricdən sifarişlə gətirilib, ev şəxsi tikilidir. Mülk 12 sot torpaq sahəsində yerləşir və ərazidə müxtəlif meyvə ağacları mövcuddur: xurma (Korolok), yapon əzgili, ağ və qara tut, feyxua, kivi, ərik, alça, göyçə, alma, armud, əncirin müxtəlif növləri (ağ, qara, qonur), qoz, fındıq, heyva, nar, şampan gilas, ağ gilas, limon, lavrovıy list, düşes armudu və gavalı. Həm yaşayış, həm də bağ evi kimi ideal seçimdir, sənədlər tam qaydasındadır.