Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 643664
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Metroİnşaatçılar
Sahə78 m2
Mərtəbə15 mərtəbə
Binanın mərtəbə sayı15 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Yeni Yasamalın mərkəzində, Bravo marketin yanında, super təmirli mənzil satılır. Mənzil İnşaatçılar metrostansiyasına piyada təxminən 5 dəqiqəlik məsafədə yerləşir. Binanın blok qapısından metroya qədər məsafə rahat addımla ölçülüb. Mənzil 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Mansard deyil. Şərur MTK-nın binası deyil. Binada 2 lift var və hər ikisi mərtəbəyə qədər qalxır. Mənzilin çıxarışı var, qaz mövcuddur və ipotekaya yararlıdır. İstilik sistemi kombidir. Mənzildə demək olar ki, yaşayış olmayıb, hər şey yeni kimidir. Təmir şəxsi yaşayış üçün keyfiyyətli şəkildə aparılıb, makler təmiri deyil. Dam hissəsi əlavə olaraq xüsusi şəkildə tollanıb və qırlanıb, məhəccərlərə qədər işlənib. İsti və soyuğa qarşı bütün divarlar alçıpan və penoplastla üzlənib. Mərtəbədə cəmi 4 mənzil var. Qonşular sakit və mehribandır. Mətbəx mebelinə 3 800 AZN xərclənib. Mənzilin blokda ayrıca əlavə şkafı var, balon, banka və velosiped saxlamaq üçün uyğundur. Həmçinin kamera sistemi mövcuddur. Vasitəçilərin narahat etməməsi xahiş olunur. Heç kimə 1–2% xidmət haqqı verilməyəcək. Müştəri gətirən şəxsə maksimum 1 000 AZN şirinlik verilə bilər. WhatsApp aktivdir.