Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
14.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 650598
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə196 m2
Torpaq sahəsi10 sot
Otaq sayı6 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 36-cı Qaraçuxur küçəsində yerləşən 10 sotluq bağ evi satışa çıxarılıb. Sakit və prestijli məhlədə yerləşən ərazi Qaraçuxurun “milyonerlər məhləsi” kimi tanınır. Evin və torpağın bütün sənədləri qaydasındadır, tam paket kupçası mövcuddur. Həyət daxil olmaqla ümumi sahə 10 sot, evin yaşayış sahəsi isə 196 kv.m-dir. Ev 1 mərtəbəlidir, əlavə olaraq geniş zirzəmi və rahat istifadə oluna biləcək tavanarası sahəsi mövcuddur. Orta təmirlidir, təmir təxminən 10 il əvvəl olunub. Ev kombi sistemi ilə tam təchiz olunub, bütün otaqlar istiliklə təmin edilir. 2 kondisioner mövcuddur. Su, qaz, işıq daimidir, fiberoptik internet xətti çəkilib. Kanalizasiya sistemi və bütün kommunal xətlər yüksək səviyyədədir. Həyətdə müxtəlif meyvə ağacları əkilib, torpaq məhsuldar olması üçün xüsusi qara torpaqla gücləndirilib. Bağ evinə uyğun bütün şərait yaradılıb, əlavə sanitar qovşaq və su xətti də mövcuddur. Əlavə üstünlük olaraq həyətin yol tərəfində 3 obyekt yerləşir — 1 mağaza və 2 ayrı kirayə ev. Hər iki kirayə ev 2 otaqlıdır, ayrıca kombi sistemi, daimi qaz, su, işıq və fiberoptik internetlə təmin olunub. Hazırda yalnız kirayə evlərdən aylıq 540 AZN stabil gəlir mövcuddur. Mağaza fəaliyyət göstərdiyi dövrdə aylıq ümumi gəlir 1000-1500 AZN təşkil edib. Yəni əmlak həm yaşayış, həm də yatırım baxımından çox əlverişlidir və öz xərclərini rahat şəkildə qarşılayır. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.