Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 652840
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
MetroXalqlar Dostluğu
Sahə60 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı7 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Yeni Günəşli D massivi, Leninqrad layihəli 9 mərtəbəli binanın 7 – ci mərtbəsində yerləşən mənzil satılır. Mənzil Leninqrad layihəlidir və orta blokda yerləşir. Ev yelçəkəndir, yəni hər iki tərəfə açılan pəncərələri və balkonları var. Hər iki tərəfdəki balkonlar evə birləşdirilib və bu da otaqların daha geniş və funksional istifadəsinə şərait yaradıb. Mənzil kipdir, rütubət, kif və s. problemlər yoxdur. Otaqlar geniş və işıqlıdır, gün işığı bol daxil olur. Foye genişdir və istəyə uyğun olaraq planlamada dəyişiklik edib 3 otaq kimi istifadə etmək mümkündür. Uşaq otağı üçün ayrıca rahat sahə ayırmaq mümkündür. Gündəlik həyat üçün lazım olan bütün infrastruktur tam yaxınlıqdadır – məktəb, uşaq bağçası, xəstəxana, aptek, marketlər, maşın servisi, benzin doldurma məntəqəsi, moyka və digər obyektlər bir neçə dəqiqəlik məsafədədir. Nəqliyyat baxımından da çox əlverişlidir: 20, 104, 64, 36 və 50 nömrəli marşrutlardan istifadə etmək mümkündür, metroya isə təxminən 10 dəqiqəlik məsafə var. İstilik sistemi radiatrdır mərkəzidir, qazanxana blokun qarşısında yerləşir. Evdə əlavə su çəni quraşdırılıb, su tənzimləyici və avtoklapan sistemi mövcuddur ki, su problemi yaşanmır.