Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 653404
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə98 m2
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Qaraçuxur qəsəbəsinin mərkəzində yerləşən, tam təmirli 2 mərtəbəli həyət evi satılır. Ev qoşa daşla tikilmiş və ümumi sahəsi 98 m²-dir. Həyət sahəsi 1.5 sotdur.
1-ci mərtəbədə geniş qonaq otağı (27 m²), mətbəx və sanuzel yerləşir. 2-ci mərtəbədə isə 3 otaq mövcuddur. Mətbəx, hamam və dəhliz ağ mərmərlə döşənmiş və isti pol sistemi quraşdırılıb. Evdə kombi ilə istilik sistemi, daimi su, işıq və qaz təminatı mövcuddur.
Həyət və evin çıxarışı (kupça) mövcuddur, ipoteka üçün yararlıdır. Evin yerləşdiyi ərazidə 24 saat təhlükəsizlik kameraları işləyir. Ev tam hazırdır və mebellər qalacaq, digər əşyalar isə əlavə ödənişlə qalması mümkündür.
Ətraf infrastruktura çox əlverişlidir: ev 81 nömrəli avtobus dayanacağından cəmi 30 metr məsafədə yerləşir. 318, 104 və 141 nömrəli məktəblər və bağçalar evin yaxınlığındadır. Həmçinin ətrafında 24 saat fəaliyyət göstərən marketlər var. KOD:3090