Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
18.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 658944
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə100 m2
Torpaq sahəsi3 sot
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Buzovna – Şüvəlan yolunun üzərində ideal yerləşmədə bağ evi satılır Dəniz yolunun (Buzovna–Şüvəlan yolu) üzərində, Qədim Qəbələ restoranının tam arxasında yerləşən rahat və zövqlü bağ evi satışa çıxarılıb. Ev həm şəxsi yaşayış, həm investisiya, həm də yay-qış kirayə vermək üçün ideal seçimdir. Bu ərazidə kirayə gəlirliliyi yüksəkdir. Başlanğıc qiymət: 200,000 AZN (real alıcı ilə yerində danışıq mümkündür). Ev tam mebellərlə və mətbəx ləvazimatları ilə təchiz olunub. Bütün otaqlarda kondisioner, evdə isə isti pol sistemi mövcuddur. Su, qaz, işıq tam təmin olunub və rəsmi abonent kodları var. Bağ evinin üstünlükləri: • 20 kv.m hovuz (filtr sistemi və hovuzdaxili işıqlandırma ilə) • Pultla idarə olunan avtomatik çöl qapısı • İnternet və Smart TV qoşulub • Tam asfalt yol • Sənədlər qaydasındadır, ipotekaya yararlıdır Yerləşmə çox əlverişlidir: yaxınlıqda Tam supermarket, Bakı market və məşhur restoranlar (Qədim Qəbələ, Duz-Çörək, Qəbələ Xanlar) yerləşir. 112, 144 və 107 nömrəli avtobus xətləri yaxınlıqdan keçir. İdea və Mərdəkan çimərliklərinə təxminən 15 dəqiqəlik məsafədədir. Həmçinin məktəb və bağça yaxınlıqda mövcuddur. Qeyd: Kəndin içində yerləşən evlərlə qarışdırmayın – ev birbaşa dəniz yolunun üzərindədir və yerləşməsi çox əlverişlidir. Ətraflı məlumat və baxış üçün whatsapp ilə əlaqə saxlayın.