Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
30.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 688682
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə174 m2
Torpaq sahəsi3.5 sot
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Salam. Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən iki mərtəbəli həyət evimi satıram. Makler deyiləm, öz evimdir. Ev 128 nömrəli tam orta məktəbin düz yaxınlığındadır (təxminən 200 metr məsafə). Uşaqları məktəbə tək göndərmək üçün çox rahat və təhlükəsiz məhəllədir. Sakit, səs-küydən uzaq yerdir, qonşular da çox yaxşı insanlardır. Ev haqqında qısa məlumatlar: Sənəd: Evin də, torpağın da Kupçası (Çıxarışı) var. Sənədlər tam qaydasındadır. Sahəsi: 174 kv.m, 5 geniş otağı var. Böyük ailələr üçün çox rahatdır. Həyəti: Həyətdə bar verən nar və digər meyvə ağacları var. Yayda kölgəliyində oturub dincəlmək üçün çox qəşəng şəraiti var, şəkildə də görə bilərsiniz. İnfrastruktur: Marketlər, dükanlar dərhal yaxınlıqdadır, piyada 2-3 dəqiqəyə çatmaq olur. Əsas yola yaxındır, yayda dəniz tərəfə (Bilgəh, Nardaran) getmək çox rahatdır. Gələcəkdə yaxınlıqdan keçən qatar xətti də bərpa olunacaq, onda şəhərə gediş-gəliş daha da sürətli olacaq. Ev təcili satıldığı üçün qiyməti 130 000 AZN qoymuşam. Real alıcı gəlib evə baxsa, yerində cüzi bir endirim də edərəm. Telefonda qiymət öldürmək üçün zəng edilməməsi xahiş olunur.