Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Sahə
175 m2
Otaq sayı
4 otaq
Kredit
Kreditsiz
Yeni Suraxanıda 4 sot həyətli, 2 mərtəbəli, tam təmirli həyət evi kirayə verilir – 1500 AZN Yeni Suraxanıda, sakit və rahat yaşayış üçün ideal ərazidə yerləşən 2 mərtəbəli həyət evi ailəyə kirayə verilir. Ev geniş asfaltlı, işıqlandırmalı küçədə yerləşir. Mərkəzi yola, dayanacağa, marketlərə, məktəbə, aptekə və gündəlik lazım olan bütün iaşə obyektlərinə yaxındır. Koroğlu metrosuna və çimərliklərə təxminən 15 dəqiqəlik məsafədədir. Ev 4 sot torpaq sahəsində, 3 metr hündürlüyündə hasarın içində yerləşir. Həyətdə 4 metrlik elektron jalüz darvaza, ayrıca piyada girişi, 7/24 kamera nəzarəti və gecə-gündüz sensorlu işıqlandırma sistemi mövcuddur. Həyət təhlükəsiz, səliqəli və ailə yaşayışı üçün çox uyğundur. Ev 2 mərtəbəlidir, monolit konstruksiyalı, cüt daşla tikilmiş möhkəm və keyfiyyətli evdir. Otaqlar geniş, işıqlı və rahat planlamaya malikdir. Planlama: 1-ci mərtəbə: Geniş zal, mətbəx, dəhliz, ayrıca hamam və ayrıca sanitar qovşağı. 2-ci mərtəbə: 3 yataq otağı, dəhliz, böyük yataq otağında şəxsi hamam və sanitar qovşağı, əlavə ümumi hamam və sanitar qovşağı, eyvan. Evdə qaz, su, işıq daimidir. Mərkəzi kanalizasiya sistemi var. Su filteri, su nasosu və 1 tonluq su çəni quraşdırılıb. Həyətdə əlavə sanitar qovşaq da mövcuddur. Ev yeni təmirlidir və 1 həftə ərzində tam təmiz, yaşayışa hazır vəziyyətdə təhvil veriləcək. Qapılar quraşdırılır, həyət təmizlənib düzləndirilir. Ev lisenziyalı təmizlik şirkəti tərəfindən tam təmizləndikdən sonra kirayəçiyə təqdim olunacaq. Sakit qonşuluq, təhlükəsiz həyət, kamera nəzarəti, geniş otaqlar və rahat lokasiya axtaran ailələr üçün çox uyğun seçimdir. Aylıq kirayə: 1500 AZN Yalnız ailəyə verilir.