Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
18.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 658049
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
MetroBakmil
Sahə45 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən mənzil satışdadır. Mənzil Metropark Ticarət Mərkəzinə yaxın məsafədə yerləşir. Avtobus dayanacağına təxminən 3 dəqiqəlik, Nərimanov metrosuna isə 10 dəqiqəlik məsafədədir. Ətrafında məktəb, uşaq bağçası və digər vacib infrastruktur obyektləri mövcuddur. Mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir və orta blokdadır. Vaxtilə trolleybus və tramvay parkının işçiləri üçün nəzərdə tutulmuş yataqxana tipli bina olsa da, mənzil tam 2 otaqlı, ayrıca mətbəxli, balkonlu və sanitar qovşaqlıdır. Hazırda kirayədədir və yaşayış mövcuddur. Ev orta təmirlidir. Binada daim işləyən lift var. Su və işıq fasiləsizdir, qaz xətti yoxdur. İstilik sistemi mərkəzidir. Mənzilin şəhərə gözəl panoraması var. Kupçası mövcuddur və bütün sənədləri qaydasındadır. Mənzil vasitəçisiz, birbaşa sahibindən satılır. Təcili pula ehtiyac olduğu üçün satışa çıxarılıb. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.